Alfa Romeo 75/Milano/America/ Evoluzione. | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | Alfa Romeo |
İstehsal ili | 1985–1992 |
İstehsal sayı | 375.257 |
Yığım | Milan, İtaliya |
Sinfi | Orta |
Dizayn | |
Təkər formulu | 4 × 2 |
Güc xüsusiyyətləri | |
Mühərrik |
1,6 l. l4
|
Qabariti | |
Uzunluğu | 4331 mm |
Eni | 1631 mm |
Hündürlüyü | 1349 mm |
Təkər bazası | 2510 mm |
Kütləsi | 1100 - 1300 kq |
Digər | |
Dizayner | Ermanno Kressoni |
Vikianbarda əlaqəli mediafayllar |
"Alfa Romeo 75" (ABŞ-də "Alfa Romeo Milano") — 1985–1992-ci illərdə İtaliya firması "Alfa Romeo" tərəfindən istehsal edilmiş orta ölçülü sedan avtomobili. "Alfa Romeo 75" kommersiya cəhətdən uğurlu olmuşdur, üç il ərzində 236.907 avtomobil istehsal olunmuşdur,[1] 1992-ci ildə istehsal edilən avtomobillərin ümumi sayı təxminən 386.767-ə çatmışdır.[2]
"75" "Alfa Romeo Giulietta" və "Alfetta" (bir çox ümumi komponentləri olan) üçün əvəz olaraq 1985-ci ilin may ayında təqdim edilmiş və "Alfa" avtomobillərinin istehsalının 75-ci ildönümü şərəfinə belə adlandırılmışdır.